ABŞ prezidenti Donald Tramp Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammitinin iclası zamanı Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salmanla zarafatlaşıb.
Səudiyyə xəbər portalı Xəbr əl-Əcil tərəfindən iyulun 29-da yayılmış qısa videoda Trampın iclas zamanı öz yerinə keçərkən arxası ona tərəf oturmuş vəliəhdin çiyninə toxunduğu görünür.
Tramp toxunduqdan sonra qabağa keçdiyi üçün ben Salman arxaya boylandıqda onu görmür. Şahzadə çaşqın halda digər tərəfə baxdıqda, başı ilə onu salamlayan Trampı görür.