Osakaya səfəri öncəsində Tramp bir çoxları ilə görüşəcəyini açıqlasa da, Kim Çenin adı çəkilməmişdi. İndi isə Tramp onun əlini sıxır.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı senator Aleksey Puşkov Tramp-Kim Çen İn görüşü barədə danışarkən deyib.
“Tramp bütünlükdə belədir: məzmunu heç nə deyil, hər şey piardan ibarətdir. O, sədaqətlə “non-stop şou” qanunlarına riayət edir. Əgər problem həll olunmursa, heç olmasa effektli gediş edir”, - Puşkov bildirib.