Türkiyənin İzmir şəhərində gəmi yanıb.
Eurasia Diary Publika.az-a istinadən xəbər verir ki, Petkim limanında SOCAR şirkətinə aid gəmidə partlayış olub. Ardınca isə yanğın çıxıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb.
Partlayışın səbəbi hələ ki, məlum deyil. Bölgənin bələdiyyə sədri Ərhan Günay mediaya açıqlamasında bildirib ki, yaralılar italiyalı, ölən şəxs isə rumıniyalıdır.
Yanğın nəzarətə alınıb. Prokurorluq istintaq araşdırmalarına başlayıb.