Sputnik və "Rusiya Tudey"in baş redaktoru Marqarita Simonyan Ukrayna Prezidenti Vladimir Zelenskiyə çağırış edib.
Eurasia Diary xəbər verir ki, Simonyan Zelenskidən bir ildən artıqdır ki, Ukraynada həbsdə olan "RİA Novosti”nin Ukrayna bürosunun baş redaktoru Kirill Vışinskinin sərbəst buraxılmasına yardımçı olmağı xahiş edib.
"Sabah sadəcə jurnalist olduğu üçün 413 gün həbsdə yatan Vışinski sərbəst buraxıla bilər. Hörmətli Zelenski, sizə müraciət edirəm. Edin bunu!" - Simonyan söyləyib.
Qeyd edək ki, ötən il “RİA Novosti”nin Ukrayna bürosunun baş redaktoru Kirill Vışinski Xerson bölgə məhkəməsi tərəfindən həbs edilib.