Baham adalarında helikopterin qəzaya uğraması nəticəsində həlak olan 7 nəfərin arasında kömür maqnatı, amerikalı milyarder Kris Klaynın da olduğu qeyd edilir.
Eurasia Diary-nin Trend-ə istinadən məlumatına görə, qəza helikopter ABŞ-a uçarkən baş verib. Helikopter səhər saatlarında havaya qalxıb. Qəza ilə bağlı məlumatı Baham adalarının polis nümayəndələri təsdiq edib.
Milyarderin 62 yaşını qeyd etmək ərəfəsində ailəsi ilə birlikdə səfərə çıxdığı bildirilir. Helikopterdən heç kim sağ çıxmayıb. Sudan çıxarılan meyitlər arasında maqnatın ailə üzvlərinin olması təsdiqlənib. Milyarderin meyitini isə dostları tanıyıblar.
K.Klaynın 2000-ci illərin əvvəllərində kömür hasilatı biznesində uğur qazandığı və böyük sərvət topladığı məlumdur. "Forbes" nəşrinin məlumatına görə, onun var-dövləti 1,8 milyard dollar təşkil edir.