Çinin paytaxtı Pekində “Şoudu” hava limanında 600-ə yaxın reys təxirə salınıb.
Eurasia Diary xəbər verir ki, qərara Pekində hökm sürən kəskin hava şəraiti səbəb olub.
Gün ərzində Pekində şiddətli yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. (Trend)
Qeyd olunur ki, “Şoudu” hava limanında planlaşdırılmış 2 minədək reysdən 265 uçuş və 317 eniş təxirə salınıb