Venesuela müxalifəti Norveçdə hökumətlə danışıqlara hazırdır, amma bunun üçün bir neçə tələbi var.
Eurasia Diary xəbər verir ki, bunu Venesuela müxalifətinin lideri Xuan Quaido deyib. Onun sözlərinə görə, müxalifətin hökumətdən əsas tələbinin prezident Nikolas Maduro və komandasının hakimiyyətdən kənarlaşdırılmasıdır. Bununla bərabər Quaido növbədənkənar seçkiyə qədər keçid hökumətinin yaradılması gərəkdiyini, əks təqdirdə nümayişçilərin küçələri tərk etməyəcəyini vurğulayıb:
“Biz əgər üç tələbimiz icra ediləcəyi təqdirdə Norveçdəki danışıqlardan qorxmuruq. Tələblərimiz qəsbkarlığın dayandırılması, keçid hökumətinin yaradılması və azad seçkilərdir”.