Yunanıstanda erkən seçkini ana müxalifət partiyası uddu YENİLƏNİB

Dünya 10:14 08.07.2019

Yeni baş nazir: “Yunanıstanı bu dar dalandan çıxaracam”

Yunanıstanda dünən baş tutan seçkilərin ardınca Daxili İşlər Nazirliyinin açıqladığı rəqəmlərə görə, sandıqların 90 faizi açılıb. Səslərin 39,8 faizini əldə edən ana müxalifət mühafizəkar Yeni Demokratiya Partiyası təkbaşına hökumət qura biləcək üstünlüyü əldə edib.

Eurasia Diary musavat.com-a istinadən xəbər verir ki, 39,8 faiz səs 300 nəfərlik parlamentdə 158 millət vəkili yeri qazanmaq deməkdir. Qutuların qalan 10 faizi açıldığı zaman da böyük bir dəyişiklik baş verəcəyi gözlənilmir. YDP 158 millət vəkili ilə parlamentdə təmsil olunacağı təqdirdə təkbaşına hökumət quracaq çoxluğu əldə etmiş olur.

YDP lideri Kiryakos Miçotakis, iqtidardan gedən “Siriza”nin lideri Aleksis Çiprasdan baş nazirlik səlahiyyətlərini bu gün təslim alacaq. 2015-ci ildən bu günə qədər iqtidarda olan “Siriza”nın səs faizi bu seçkidə 31.6 faiz olub. Bu faizlərə görə partiya 86 millət vəkili ilə parlamentdə təmsil oluna bilir.

Radikal sağçı “Qızıl şəfəq” partiyası isə 3 faizlik nəticə notmativini aşa bilməyib. Onlar 2.9 faizlə bu dəfə parlamentə girə bilmir.

Miçotakis: “Dar dalandan çıxış yolları axtaracağam”

Erkən seçkinin qalibi Kiryakos Miçotakis ilk mətbuat konfransında “bütün yunanların prezidenti olacağını” bildirib və bir öncəki hökumətə işarə edərək deyib: “Dar bir dalana salınan yunanları bu dalandan çıxarmağa çalışacağam. Həyat şərtlərini yaxşılaşdıracaq, investisiyaları təşviq edəcək, asayiş və təhlükəsizliyi sağlamlaşdıracaq yolları açmağı hədəfləyirik. YDP hökumətini çətin günlər gözləyir. Amma canla-başla çalışacağımızdan heç kimin şübhəsi olmamalıdır”.

Çipras: “İqtidar dəyişikliyi elə demokratiyanın özü deməkdir”

Yunanıstandakı seçkilərdə uduzan baş nazir və radikal sol “Siriza” partiyasının lideri Aleksis Çipras isə vəzifəsini təslim edəcəyi Miçotakisi təbrik edib: “Vətəndaşların səsi ilə həyata keçirilən iqtidar dəyişikliyi demokratiyanın özü deməkdir”. 
Çipras YDP hökumətinin intiqamçı bir siyasət həyata keçirməməsinin vacibliyini vurğulayıb: "Siriza güclü bir ana müxalifət partiyası olacaq. 2015-ci ildə iqtidara başımız dik gəldik. 2019-cu ildə başımız dik ayrılırıq”.

Çipras baş nazirliyin təhvil-təslim prosesinin bazar ertəsi günü baş tutacağını deyib. Bu seçkilərin mütləq qalibi Kiryakos Miçotakisin eyni gün hökumət kabineti quracağı və ilk nazirlər toplantısını da çərşənbə axşamı günü keçirməsi gözlənilir.

Kiryakos Miçotakis kimdir?

Bu seçkilərin qalibi YDP lideri Kiryakos Miçotakis siyasi bir ailədən gəlir. 1968-ci ildə Atinada dünyaya gəlib, Harvard Universitetinin Sosial elmlər fakültəsinin məzunudur. 2004-cü ildə ilk dəfə YDP-dən millət vəkili seçilib. 2016-cı ildə isə partiyasının lideri olub.

Kiryakos Miçotakis 1989-92 illərdə baş nazir olan Konstantin Miçotakisin oğlu, keçmiş xarici işlər naziri Dora Bakoyanninin qardaşı, son bələdiyyə seçkilərində böyük səs çoxluğu ilə Afina şəhərinin bələdiyyə sədri seçilən Kostas Bakoyanninin dayısıdır.

***

Yunanıstanda növbədənkənar parlament seçkiləri keçirilir.

Eurasia Diary xəbər verir ki, seçkinin ilk dəqiqələrində ölkə üzrə seçici fəallığının aşağı olması müşahidə edilir.

Ölkə üzrə ümumilikdə 9.9 milyon nəfərin səsvermə hüququna sahib olduğu və ilk nəticələrin axşam 21:00-da açıqlanacağı qeyd olunub.

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
Hamısı