Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Eurasia Diary Türkiyə KİV-inə istinadən bildirir ki, tərəflər Liviyadakı böhranı, Türkiyə ilə Rusiya arasındakı əlaqələri, eləcə də regional gündəmə bağlı məsələləri müzakirə ediblər.
Ərdoğan, həmçinin Barents dənizində Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus məxfi sualtı gəmidə baş vermiş yanğınla əlaqədar rus xalqına və həlak olmuş dənizçilərin ailələrinə başsağlığı verib.