Ötən gün Çinin Honkonq xüsusi inzibati rayonunda milyonlarla insan ədalətdən gizlənən şübhəli şəxslərin ekstradisiyası haqqında qanunda düzəliş edilməsinə etiraz olaraq kütləvi aksiya keçirib.
Eurasia Diary-nin “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, mitinq nəticəsində onlarla insan xəsarət alıb, 5 nəfər saxlanılıb.
Məlumata görə, nümayişçilər məşhur ticarət küçəsi olan Natan-Rouda gedən bütün yolları bağlayıblar.
Aksiya zamanı yüzlərlə polis iştirak edib. Onlar etirazçılara qarşı dubinkadan istifadə ediblər.