ATƏT Parlament Assambleyasının Siyasi və təhlükəsizlik məsələləri üzrə komitəsi Rusiyanı qondarma Abxaziya və Cənubi Osetiya "respublika"larını tanımaq haqqında qərarını geri çəkməyə çağırıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı irəli sürülən qətnamə 50 nümayəndə tərəfindən dəstəklənib, 9 nəfər bitərəf qalıb, 5 nümayəndə isə əleyhinə səs verib.
Sənəddə Rusiya Gürcüstanın bir hissəsini işğal etməkdə və Şimaili Qafqazın qondarma qurumlarında insan haqlarını pozmaqda təqsirləndirilir.
Bununla bağlı ilk xəbər Gürcüstan parlamentinin deputatı Sofiya Katsarava tərəfindən şəxsi Feysbuk səhifəsində yayılıb.
Rusiya tərəfi isə təbii dir ki, isə qətnaməyə qəti surətdə qarşı çıxıb.
Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr üzrə komitə sədrinin birinci müavini Vladimir Cabarov Kremlin Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanımaq barədə siyasətindən vaz keçməyəcəyini və bu məsələnin toxunulmaz qalacağını sölyəyib.
Onun sözlərinə görə, hər şey BMT-nin nizamanaməsinə uyğun həyata keçirilib. “Gürcülərin buraya müvəqqəti işğal olunmuş ərazilər kimi baxması heç nəyi dəyişmir. Gürcüstan tərəfi nə fikrləşirsə, fikirləşsin,-deyə Rusiya rəsmisi sözlərinə əlavə edib.
Cabarov ATƏT qətnaməsini həm də qeyri-demokratik adlandırıb.
Xatırladaq ki, Rusiya Gürcüstan torpaqlarını 2008-ci ilin avqustunda işağl edib.
Elə həmin il Rusiya prezidenti Dmitri Medvedev işğal olunmuş ərazilərdə yaradılan oyuncaq qurumların “müstəqil respublikalar” kimi tanınması barədə sənəd imzalayıb.