Azərbaycanlı deputatlardan Putinin təhqir edilməsinə ETİRAZ "Özü düşmən olsa da..."

Dünya 17:56 08.07.2019

İyulun 8-nə keçən gecə gürcüstanlı jurnalist Georgi Qabuniyanın efirdə Putini təhqir etməsi böyük qalmaqal yaradıb. “P.S.” proqramının aparıcısı verilişin başlanğıcından Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək, ona qarşı müxtəlif təhqiramiz ifadələr səsləndirib.

 

“Rustavi 2” kanalında yayımlanan verilişə görə etirazçılar televiziyanın binasını mühasirəyə alıb kəskin etiraz da etdilər. Kanal bir neçə saat fəaliyyətini dayandırsa da hazırda yenidən öz işinə davam edir.

Maraqlı hal ondan ibarətdir ki, kanal rəhbəri Nika Qvaramiya efirdə səsləndirilən bu cür təhqirdən sonra hakimiyyəti  jurnalistləri müdafiə etməyə çağırıb.

 

“Gürcü arzusu” partiyasında təmsil olunan azərbaycanlı deputat Mahir Dərziyev Modern.az-a açıqlamasında  bildirib ki, baş verən hadisə müxalifətin növbəti təxribatı kimi qiymətləndirilməlidir.

“Rusiyanın Gürcüstan torpaqlarını işğalı, Rusiya nümayəndəsi olan deputatın Gürcüstan parlamentində əyləşməsi  xaqlın haqlı etirazına səbəb oldu. Lakin müxalifət bundan öz çirkin əməllərini həyata keçirmək üçün istifadə etdi. O cümlədən, Gürcüstan parlamentinin zorla tutulması, konustitusiya quruluşunun dəyişdirilməsi addımı mahiyyət etibarilə dövlət çevrilişinə cəhd idi. Düzdür, indi aksiyalar davam edir, lakin orada çox az sayda insan iştirak edir. Jurnalistin efirdən istənilən şəxsə o cür  müraciət etməsi nə əxlaq nə də mənəviyyata sığan bir haldır. Məsələnin digər tərəfi var. Belə ki, bu hal ölkənin təhlükəsizliyi, Rusiyada yaşayan yüz minlərlə gürcüstanlı üçün təhdiddir. Belə görünür ki,  bu yaxşı düşünülmüş ssenarinin növbəti halqasıdır. Müxalifətin praktikası ondan ibarətdir ki, biz Putini müdafiə edək və bizi Putinin müdafiəçisi, ruspərəst kimi  təqdim etsinlər.  Birmənalı olaraq  da biz bunu qınayırıq. Çünki yaşanan hal ölkənin milli maraqlarına, təhlükəsizliyinə böyük qəsdlər doğurur, xüsusilə ölkənin xarici təhlükəsizlik risklərini daha da artırır.  Bu cür ifadələrin efirdə işlədilməsi yolverilməzdir, xüsusilə də jurnalist xartiyasına sığmayan bir hərəkətdir. Məsələyə siyasi qiymət verəndə düşünülmüş, təxribata hesablanmış növbəti bir addım kimi qiymətləndirirəm. Bu, iyun ayında baş tutmayan dövlət çevrilişi üçün onların qisasıdır. Mahiyyət etibarilə “Rustavi 2”  kanalı vahid milli hərəkatın, Saakaşvilinin kanalıdır. Bu kanal  və müxalifət  öz ölkəsinə müharibə elan edib”.  

 

Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov deyir ki, Georgi Qabuniyanın bu hərəkəti nə Gürcüstan vətəndaşına, nə də jurnalistə yaraşan  haldır.

“Düşmən olsa belə, bir insanın şəxsiyyəti, ailəsi toxunulmazdır. Bu cür təhqiri həm bizim komanda, həm də sıravi vətəndaşlar pis hal kimin qarşıladı. Düzdür, kanal rəhbərliyi üzr istədi amma üzr istəməklə mövcud durumu düzəltmək olmaz. Fikrimcə bu dövlət rəhbərliyi tərəfindən  komanda və televiziyaya qarşı qurulmuş bir təxribat idi. Çünki uzun zamandır ki, “Rustavi 2” kanalının bağlamaq istəyirlər.  Çünki kanal dövlətə qarşı müxalif mövqedə dayanır. Bu gün ölkədəki problemləri açıq aşkar yayımlayır ki, bu da təbii olaraq dövlətin maraqlarına uyğun gəlmir. İllərlə kanalın fəaliyyətinə son qoymaq istəsələr də buna nail ola bilməyiblər. İkinci bir ehtimal da ola bilər. Bildiyiniz kimi hər axşam ölkədə mitinqlər təşkil olunur və Daxili İşlər Nazirliyinin istefası tələb edilir. Dövlət diqqəti başqa istiqamətə yönəltmək üçün də bu addımı ata bilər. Hazırda ölkədə işsizlik, larinin dəyərini itirməsi kimi böyük problemlər var. Bu problemləri başqa istiqamətə yönəltmək istəyi də ola bilər. Hansısa dövlətin də bu məsələdə maraqları ola bilər. Xüsusilə Ermənistan Gürcüstanda qeyri-stabil vəziyyətin yaranmasını istəyir. Bununla da o üçüncü bir dövlət kimi özünü önə atmaq və rusiyalı turistləri cəlb etmək niyyətindədir”.  

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Hamısı