Cinayət qurbanlarının sayı müharibədə ölənlərdən daha çoxdur | Eurasia Diary - ednews.net

21 İyul,


Cinayət qurbanlarının sayı müharibədə ölənlərdən daha çoxdur

Dünya A- A A+

Birləşmiş Millətlər Təşkilatından şok hesabat

Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya miqyasında cinayətə qurban gedənlərin sayının müharibə və lokal döyüşlərin yaşandığı bölgələrdə həyatını itirənlərdən beş qat daha artıq olduğunu açıqlayıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, BMT-in Narkotik və Cinayətlər Ofisinin açıqladığı arayışa görə, 2017-ci ildə dünya miqyasında 464 min nəfər cinayətə qurban getdiyi halda, eyni ildə müharibə və toqquşmalarda 89 mindən artıq insan dünyasını dəyişib, 26 min nəfərsə terror aksiyaları zamanı həyatını itirib.

Ən yüksək cinayət faizi Mərkəzi Amerikadadır. Dünya miqyasındakı cinayətlərin 19 faizi mütəşəkkil cinayətlərdən qaynaqlandığı halda, Mərkəzi Amerikada hər 100 min insandan 62,1-i cinayətə qurban gedib.

Sənədə görə, cinayət faizlərinin ən aşağı olduğu yerlər isə Asiya, Avropa və ada dövlətləridir.

Arayışda həmçinin ailədaxili zorakılığa görə öldürülən qadınların faizində (58 faiz) də artım yaşanıb.

musavat.com

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...