Putin onu təhqir edən gürcü jurnalist haqda danışıb | Eurasia Diary - ednews.net

21 İyul,


Putin onu təhqir edən gürcü jurnalist haqda danışıb

Dünya A- A A+

“Hər hansı cinayət işi başlamaq onun üçün böyük şərəf olar”.

Eurasia Diary-nin APA-ya istinadən məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Gürcüstanda “Rustavi 2” telekanalının aparıcısına cinayət işi açılması ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.

“Qoy, o, bundan sonra da işləsin”,  - deyə V. Putin vurğulayıb.

Qeyd edək ki, bu günlərdə “Rustavi 2” telekanalının aparıcısı Girogi Qabunia aparıcısı olduğu verilişdə Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra telekanalın binasının qarşısında etiraz aksiyası keçirilib və yayımının dayandırılması tələb edilib. Aksiya səbəbi ilə baş direktor Nika Qvaramia  yayımının dayandırıldığını bəyan edib. Daha sonra telekanal yayımını bərpa edib. Aparıcı Giorgi Qabunianın 2 ay müddətinə kanalın efirindən uzaqlaşdırılmasına qərar verilib. Bundan başqa, aparıcının telekanalın efirində yayımlanan istənilən proqramda iştirakı da qadağan edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...