“S 400-lərdə artıq heç bir problem qalmayıb, gələcək. Hətta cənab Putinlə Türkiyə və Rusiyanın S 400-2 birgə istehsal etməsi mövzusunu da danışmışıq və ilkin mərləhədə Putin bizimlə razılaşıb”.
Eurasia Diary Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herzoqavina səfərindən qayıdarəkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“ABŞ-ın mövqeyinə gəldikdə isə mən G 20 zirvəsindəki görüşümüz zamanı özünə də bildirdim ki, bizim daha güclü hava hücumundan mühafizə sistemlərinə ehtiyacımız var və Rusiyadan öncə də biz “Patriot”larla bağlı ABŞ-a müraciət etmişdik. Lakin o zaman prezident Obama Konqresin icazə vermədiyini deyərək bizə bu sistemləri sata bilmədiklərini bildirdi. Cənab Tramp da bu məsələdə bizə haqq qazandırıb. S 400-lərin istifadəsinə gəldikdə isə təbii ki, almışıq və ölkəmizin təhlükəsizliyini təmin etmək üçün mütləq ondan istifadə edəcəyik”, - deyə Ərdoğan bildirib.