ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Morqan Ortagus Türkiyənin S 400 raket kompleklərini alması ilə bağlı sərt açıqlamalar verib.
Eurasia Diary xəbər verir ki, Ortaqus qeyd edib ki, ABŞ-ın bu məsələdə mövqeyi qətidir:
"Bu mövqeyin dəyişməsi ilə bağlı nə mən, nə də nazir Pompeo heç bir bəyanat verməmişik. Hər kəs bilir ki, sanskiyalarla bağlı CAATSA qanunnaməsi parlamentdə qəbul edilib və əgər Türkiyə S 400-lərlə bağlı davam qərarı alsa, bunun mənfi nəticələri ilə qarşı-qarşıya qalacaq. Bu mənfi nticələrə Türkiyənin F 35 proqramından xaric edilməsi də daxildir".