Ərdoğan AKP-dən istefa verən Babacanla bağlı ilginc açıqlamalar verdi - “Onlardan inciməyim, kimdən inciyim?” | Eurasia Diary - ednews.net

21 İyul,


Ərdoğan AKP-dən istefa verən Babacanla bağlı ilginc açıqlamalar verdi - “Onlardan inciməyim, kimdən inciyim?”

Dünya A- A A+

“Əli bəy bir müddət əvvəl bizimlə görüşdə partiyadan istefa verəcəyini bildirdi. Mən o vaxt da ona dedim ki, bax, Əli bəy əgər partiyanın idarəçiliyi ilə əlaqədar problemlərlə rastlaşmısansa və bu problemlərin həlli yolları ilə bağlı fikirlərin varsa bunu mənimlə bölüş. Lakin o artıq özünü partiyaya aid hiss etmədiyini bildirdi”.

Eurasia Diary xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qurucularından biri olan Əli Babacanın partiyadan istefa verməsinə münasibət bildirərkən deyib.

“Əli bəyə mən dəfələlərlə müxtəlif vəzifələr təklif etmişəm. Ən son dedim gəl müşavirim ol, razılaşmadı. Özbəksitan prezidenti dövlət idarəçiliyində təcrübəli bir mütəxəssis axtarırdı, bizə müraciət etdi. Əli bəyə təklif etdim, yenə razılaşmadı. İndi partiyadan istefa verib, yeni partiya yaratmaq istəyir, nə deyim, xeyirlisi olsun”.

Ərdoğan siyasi kariyelarına birgə başlayan və AKP-nin qurulmasında iştirak edən, dövlət idarəçiliyində yüksək mövqelərdə çalışmış köhnə dostları Əli Babacan, Əhməd Davudoğlu, Abdullah Gül və digərlərinin artıq ona müxalif mövqedən çıxış etməsindən incidiyini də bildirib:

“Təbii ki, onlardan incimişəm, onlardan inciməyim kimdən inciyim?!”

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...