Gürcü deputatlar Moskvaya gedir | Eurasia Diary - ednews.net

6 Dekabr, Cümə


Gürcü deputatlar Moskvaya gedir

Dünya A- A A+

Gürcüstanın müxalif Vətənpərvərlər Alyansı Partiyasının deputatları yaxın günlərdə Moskvaya səfər edəcəklər.

Eurasia Diary axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində partiyanın lideri, Gürcüstan parlamentinin vitse-spikeri İrma İnaşvili paylaşıb. O, səfər zamanı əsas müzakirə mövzusunun Gürcüstan-Rusiya münasibətləri olacağını bildirib:

“Bizim komandanın üzvləri yaxın zamanlarda Moskvaya səfər edəcəklər. Bilirsiniz ki, biz Rusiyadakı Gürcüstan vətəndaşları üçün vizaların ləğvi barədə razılaşmışıq. Ölkəmizlə bağlı vacib məsələlərə çox pozitiv baxırdıq. Provokatorlar ölkəni geriyə atdılar və bu, ilk dəfə baş vermir. Biz Tanrının köməyi ilə yenidən çıxış tapacağıq. Əminəm ki, dostlarımın Moskvaya səfəri ölkəmiz üçün çox faydalar gətirəcək”.

O, gürcü deputatların nə zaman Moskvaya göndəriləcəyini və kimlərlə görüşəcəyini açıqlamayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...