Saakaşvili Putini siçanla oynayan pişiklə müqayisə etdi | Eurasia Diary - ednews.net

6 Dekabr, Cümə


Saakaşvili Putini siçanla oynayan pişiklə müqayisə etdi

Dünya A- A A+
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putinin Gürcüstana sanksiyalar qoyulmasına dair parlament çağırışından imtina etməsini şərh edib. Bu barədə “Rustavi 2” telekanalına müsahibəsində danışıb.  
 
“Bu, siçanla oynayan pişikdir: ölkəmiz bu vəziyyətdədir”, - Saakaşvili bildirib.
 
Eks-prezident situasiyadan çıxış yolunu ölkə rəhbərliyinin dəyişdirilməsində gördüyünü açıqlayıb.(Qafqazinfo)
 
Xatırladaq ki, "Rustavi 2" telekanalının aparıcısı Georgi Qabuniya “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlədib. Onun bu cür davranışı hər iki ölkə arasında qalmaqala səbəb olub. Gürcüstan prezidenti Salome Zurabişvili isə Rusiya hakimiyyətinə səslənərək onları radikal gürcü qüvvələrinin təxribatlarına cavab verməməyə çağırıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...