Güclü yağışlar İranın Şərqi Azərbaycan əyalətində sel və daşqınlara səbəb olub.
Eurasia Diary-nin APA-ya istinadən məlumatına görə, sel və daşqınlar nəticəsində yollar bağlanıb, bir neçə kəndlə əlaqə kəsilib.
Təbiət hadisəsi zamanı xəsarət alanlar olmasa da, əkin sahələrinə, bağlara və infrastruktura ziyan dəyib.