Ermənistanda qəza: paytaxt və bölgələr işıqsız qaldı - VİDEO | Eurasia Diary - ednews.net

16 İyul, Çərşənbə axşamı


Ermənistanda qəza: paytaxt və bölgələr işıqsız qaldı - VİDEO

Dünya A- A A+

Ermənistanın paytaxtı İrəvan və bir sıra digər şəhərlərdə elektrik enerjisi kəsilib.

Eurasia Diary axar.az-a istinadən xəbər verir ki, paytaxtda elektrik kəsintisi ucbatından metronun faəliyyəti də dayanıb. Hazırda Ermənistan Fövqəladə Hallar Nazirliyi metropolitendən sərnişinlərin evakuasiyasına başlayıb. Elektrik kəsintisinin dayandığı yerlərdə internet və telefon əlaqələrində problemlər yaranıb.

Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan öz Feysbuk səhifəsində yaranan problemlə əlaqədar bəyanat paylaşıb. Belə ki, o, kəsintiyə əsas səbəbin İrəvan İstilik Elektrik Stansiyası və Razdan İstilik Elektrik Stansiyasının 5-ci blokundakı qəzaları göstərib. Avinyan həmçinin bütün ölkə üzrə kəsintilərin mümkün ola biləcəyini də açıqlayıb.

Baş nazirin müavini yaranan problemi saat 19:00-a qədər həll etməyə çalışacaqlarını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...