Böyük Britaniyanın ABŞ-dakı səfiri istefa verib | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


Böyük Britaniyanın ABŞ-dakı səfiri istefa verib

Dünya A- A A+

Böyük Britaniyanın ABŞ-dakı səfiri istefa verib.

Eurasia Diary-nin APA-ya istinadən verdiyi xəbərə görə, Britaniya Xarici İşlər Nazirliyi diplomat Kim Derrokun istefa məktubunu yayımlayıb.

Qeyd edək ki, bir neçə gün öncə Böyük Britaniyanın ABŞ-dakı səfiri Kim Derrokun ABŞ Prezidenti Donald Trampı kəskin tənqid etdiyi hesabat qeydləri mediaya sızıb. Britaniya XİN üzə çıxan yazışmaları rədd etməyib.

ABŞ Prezidenti Donald Tramp isə məsələyə öz "Twitter" səhifəsində münasibət bildirib.

"Daha onunla işimiz olmayacaq", -deyə ABŞ prezidenti mikrobloqunda yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...