Dayanıqlı İnkişaf Məqsədləri yoxsulluğa qarşı mübarizə hamını əhatə etməyib

Dünya 21:26 10.07.2019

Beynəlxalq birlik uşaqlar arasında ölüm hallarının və yoxsulluğun miqyasının azalmasında nəzərəçarpacaq tərəqqiyə nail olub. Hazırda dünya əhalisinin yalnız 8,6 faizi ifrat yoxsulluq içində yaşayır. Lakin hələlik zəmanət yoxdur ki, dövlətlər dayanıqlı inkişafın irəlilədilməsi və bu yolda əsas maneələrin – münaqişələrin, təbii fəlakətlərinin nəticələrinin və iqtisadi sarsıntıların aradan qaldırılması üzrə öz vədlərini yerinə yetirə biləcəklər. Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin 2030-cu ilədək dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasının icmalına həsr olunmuş məruzəsində danışılır.

Məruzədə deyilir: “Biz bəşəriyyətin həm indiki, həm də gələcək nəsilləri, habelə planetimizdə bütün həyat üçün həlledici əhəmiyyət daşıyan onilliyin astanasındayıq. Bu onilliyi dayanıqlı inkişaf naminə fəaliyyət onilliyi etmək beynəlxalq birliyin borcudur və o, bunu etməyə qadirdir”. Məruzə müzakirə edilməsi üçün İqtisadi və Sosial Şuranın himayəsi altında çağırılan dayanıqlı inkişaf məsələlərinə həsr olunmuş yüksək səviyyəli Siyasi Foruma təqdim edilib.

Dünya liderləri dörd il əvvəl BMT-də toplaşaraq 2030-cu ilə qədər dövrdə dayanıqlı inkişaf sahəsində gündəlik qəbul ediblər. Gündəlikdə 17 Məqsəd və 169-dan çox konkret vəzifə müəyyən olunub. Bu məqsəd və vəzifələr yoxsulluğun aradan qaldırılması, sağlamlığın mühafizəsi, gender bərabərliyinin təmin edilməsi, iqlim dəyişmələrinə qarşı mübarizə, iqtisadi artımın stimullaşdırılması və iş yerlərinin yaradılması, müasir enerji mənbələrindən istifadə imkanlarının yaxşılaşdırılması, su təchizatı və sanitariya sahəsində xidmətlərin genişləndirilməsi və ətraf mühitin mühafizəsi sahələrinə aiddir.

Məruzədə deyilir: “Dayanıqlı inkişaf sahəsində məqsədlərin yerinə yetirilməsində müəyyən tərəqqi əldə olunub. İfrat yoxsulluq və uşaqlar arasında ölüm halları azalmaqdadır. İnkişaf etməkdə olan ölkələrdə elektrik enerjisindən istifadə edən sakinlərin sayı artıb”.

BMT-nin başçısı bildirib ki, qlobal miqyasda əmək məhsuldarlığı artıb, işsizliyin səviyyəsi isə böhrandan əvvəlki səviyyəyə qayıdıb. Gecəqondularda yaşayan şəhər sakinlərinin sayı azalır. İnternet istifadəçilərin sayı artıb: 2018-ci ilin sonu üçün dünya əhalisinin yarısından çoxu - 3,9 milyard insan internetdən istifadə edir.

Lakin müsbət meyillərə baxmayaraq, bütün planet sakinlərinin rifahının yaxşılaşdırılmasına gətirib çıxaracaq dayanıqlı inkişaf trayektoriyasına keçid yavaşıyır. Müvəffəqiyyət hamını əhatə etməyib. BMT ekspertləri ehtiyat edirlər ki, Məqsədlərdə təsbit edildiyi kimi, 2030-cu ilə qədər əhalinin üç faizi deyil, altı faizi ifrat yoxsulluq içində yaşayacaq. Yeri gəlmişkən, dalbadal üçüncü ildir ki, dünyada aclıq çəkənlərin sayı artır.

Bioloji müxtəliflik qorxuducu sürətlə itirilir: təqribən bir milyona yaxın heyvan və bitki növünün nəsli və kökü kəsilmək üzrədir. Özü də onların bəziləri yaxın onilliklər ərzində yoxa çıxa bilər. Son illər parnik qazları tullantılarının həcmi artır və dayanıqlı inkişafın maliyyələşdirilməsi məsələləri yetərincə səmərəli həll olunmur. Əlillər və İİÇV/QİÇS-dən əziyyət çəkənlər əvvəlki kimi ayrı-seçkilik və çoxsaylı çətinliklərlə üzləşirlər. Əhalinin ən yoxsul təbəqələri arasında xüsusilə uşaqlı ailələr çoxdur.

BMT-nin başçısı hesab edir ki, münaqişələr, təbii fəlakətlər və iqtisadi dinamika dayanıqlı inkişaf sahəsində Məqsədlərin əldə olunmasını çətinləşdirir. Ekspertlərin proqnozlarına görə, yaxın illərdə dünyanın iqtisadi inkişafı yavaşıyacaq və qeyri-bərabər olacaq. Ticari münasibətlərdə təhlükəli gərginlik və xarici borcun qəbuledilməz dərəcədə yüksək səviyyəyə çatması meyli saxlanılacaq. BMT-nin Baş katibi ehtiyat edir ki, bəzi ölkələrin liderlərinin proteksionist yanaşmaları inkişafın sürətinə, yoxsulluğun miqyasının azaldılmasına və iqtisadiyyatın şaxələndirilməsinə mənfi təsir göstərəcək.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
Hamısı