Putin Ukrayna prezidentinin görüş təklifinə münasibət bildirdi | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


Putin Ukrayna prezidentinin görüş təklifinə münasibət bildirdi

Dünya A- A A+
Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenskinin görüşlə bağlı təklifinə münasibət bildirib.
 
Bu bardə Rusiya KİV-i məlumat yayıb.
 
“Bu, çox maraqlı ola bilər”, - deyə Vladimir Putin vurğulayıb.
 
Rusiya prezidenti deyib ki, Normand formatında müzakirələrdən Ukraynada hökumət qurulandan və parlament seçkiləri keçiriləndən sonra danışmaq olar.
 
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə Krım və Donbasdakı vəziyyəti müzakirə etmək üçün görüşməyi təklif edib. Ukrayna lideri rusiyalı həmkarı ilə Belarusun paytaxtı Minskdə görüşməyə hazır olduğunu deyib.(Report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...