Britaniya tez zamanda neft tankerini azad etməlidir - İran XİN | Eurasia Diary - ednews.net

21 İyul,


Britaniya tez zamanda neft tankerini azad etməlidir - İran XİN

Dünya A- A A+

“Böyük Britaniya tez bir zamanda İranın neft tankerini azad etməlidir”.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi deyib. 

O bildirib ki, ötən bir həftə ərzində Böyük Britaniyanın Tehrandakı səfiri İran neft tankerinin saxlanılması ilə əlaqədar 4 dəfə XİN-ə çağırılıb: “Dəfələrlə demişəm ki, bu gəmi supertanker olduğu üçün Suriya limanında yanalma potensialına malik deyil. Britaniyaya bu sualı vermək istərdim ki,  məgər İrana qarşı Avropa İttifaqı tərəfindən sanksiya tətbiq olunub?”.

A. Musəvinin sözlərinə görə, həm sənədlər, həm də Böyük Britaniya rəsmilərinin ziddiyyətli çıxışları göstərir ki, rəsmi Londonun hüquqi baxımdan söykənəcəyi bir yer yoxdur: “Onlar yalnız ABŞ-ın təsiri altına düşərək bu təhlükəli və sonu görünməyən oyuna daxil olublar”.

Qeyd edək ki, bu günlərdə Böyük Britaniya hərbi gəmiləri tərəfindən Cəbəllütariq boğazında İrana məxsus neft tankeri saxlanılıb. İran prezidenti Böyük Britaniyanın bu addımının cavabsız qalmayacağını vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...