Almanların 13 faizi İslam dininə ədavət bəsləyir | Eurasia Diary - ednews.net

21 İyul,


Almanların 13 faizi İslam dininə ədavət bəsləyir

Dünya A- A A+

Almaniyada ölkə sakinlərinin İslam dininə münasibətini əks etdirən sosioloji sorğu keçirilib.

“Deutsche Welle” sözügedən araşdırmanın nəticələrini dərc edib.

Məlum olub ki, Almaniyanın hər ikinci sakini İslam dinində təhlükə görür və ehtiyatla yanaşır. Üstəlik, İslam dininə qarşı mənfi yanaşma Almaniyanın qərbi ilə müqayisədə, özünü daha çox ölkənin şərqində göstərib.

Qeyd edək ki, Almaniyanın şərqində qərblə müqayisədə daha az müsəlman yaşayır.

Sorğuda iştirak edənlərin 13 faizi İslam dininə düşmənçilik hissi bəslədiklərini bildirib.

Almanların təxminən 33 faizi isə əksinə, İslam dinini ölkə üçün müsbət hal hesab edir. (oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...