33 min ödə, əsgər getmə - "Bədəlli əsgərlik”lə bağlı yeni QANUN | Eurasia Diary - ednews.net

13 Dekabr, Cümə


33 min ödə, əsgər getmə - "Bədəlli əsgərlik”lə bağlı yeni QANUN

Dünya A- A A+

Türkiyədə “bədəlli əsgərlik” müddətini daha da azaltmağı nəzərdə tutan qanun layihəsini qəbul edib.

 

Eurasia Diary xəbər verir ki, yeni dəyişikliklərə görə əsgərlik çəkmək istəməyən şəxslər İyulun 16-dan etibarən 33 min 230 türk lirəsi ödəyərək xidmətdən azad oluna bilərlər.

 

Bu məbləği ödədikdən sonra onlar 28 gün hərbi təlimlərin əsaslarına yiyələnməklə əsgərlik xidməti keçəcək və daha hərbi zidmətlərini başa vurmuş hesab olunacaqlar.

Maraqlıdır ki, ötən il bu məbləğ 15 min lirə olub.

Müraciət iyul ayından başlayaraq 2020-ci ilin yanvar ayınadək davam edəcək. Müraciət edən şəxslər zabit, ehtiyat zabit və sıravi əsgər olaraq, öz seçimlərini edə bilər.(modern.az)

Xatırladaq ki, pul qarşılığından hərbi xidmətdən azad olma ənənəsi Türkiyədə hələ Osmanlı imperiyası dövründən mövcuddur. Burada məqsəd dövlətin və ordunun əlavə xərclərdən azad olmasıdır. Bədəlli əsgərlik xidmətindən toplanacaq vəsait ölkənin müdafiə sənayesi fonduna köçürüləcək

 

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...