ABŞ-ın U-2 kəşfiyyat təyyarəsi İranın hava məkanına girdi | Eurasia Diary - ednews.net

23 İyul, Çərşənbə axşamı


ABŞ-ın U-2 kəşfiyyat təyyarəsi İranın hava məkanına girdi

Dünya A- A A+

İran səmasında ABŞ-ın məşhur U-2 kəşfiyyat təyyarəsi görünüb.

Eurasia Diary xəbər verir ki, U-2S Dragon Lady kəşfiyyat təyyarəsi İranın hava məkanına girərək onlarla kilometr irəliləyib, amma İranın Hava Hücumundan Müdafiə sistemləri tərəfindən aşkar edilməyib.

“Plane Radar” resursu tərəfindən təqdim edilmiş məlumatlarına əsasən kəşfiyyat təyyarəsi (İCAO kodu-AE0950) İran səmasında uçarkən cəmi 1880 metr yüksəklikdə olub. Bu barədə Birləşmiş Ştatlarından hər hansı rəsmi şərh verilmir. Amma mütəxəssilər istisna etmirlər ki, təyyarə GPS sistemində baş vermiş pozuntu nəticəsində İranın hava məkanına daxil olub. Çünki əvvəllər bu regionda belə hallar qeydə alınıb, o cümlədən Amerikanın İran tərəfindən vurulmuş pilotsuz kəşfiyyat təyyarəsi də GPS koordinatlarının yanlış təyin edilməsi nəticəsində bu ölkənin hava sahəsinə girmişdi.

Hazırda Amerika hərbi kəşfiyyat təyyarələri İranın hava sərhədlərindən azı 15-20 kilometr məsafədən uçmağa çalışır, narahatlıq var ki, İran GPS sisteminin işini poza və nəticədə real koordinatların əvəzinə yalançı koordinatlar verə bilər. (Virtualaz.org)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...