Böyük Britaniyanın paytaxtı olan London şəhərinin cənub-qərb hissəsində avtomobil bir qrup insanın üzərinə çıxıb.
Nəticədə yeddi nəfər yaralanıb.
Eurasia Diary CNN-ə istinadən xəbər verir ki, baş vemiş hadisə Battersi rayonu ərazisində, otellərdən birinin qarşısında qeydə alınıb.
Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. Üç nəfər qətl törətməyə cəhddə və dörd nəfər isə ictimai asayişi pozmaqda şübhəli bilinərək saxlanılıb.
Xəsarət alanlara gəldikdə isə, onlardan birinin ayağı sınıb və yaralı şəxs xəstəxanaya aparılıb. (musavat.com)