“Barri” Luizana sahillərinə çatdı - Tramp fövqəladə vəziyyət elan etdi | Eurasia Diary - ednews.net

23 İyul, Çərşənbə axşamı


“Barri” Luizana sahillərinə çatdı - Tramp fövqəladə vəziyyət elan etdi

Dünya A- A A+

“Barri” qasırğası ABŞ-ın Luizana ştatının sahillərinə çatıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ-ın qasırğaları izləmə mərkəzi məlumat yayıb.

Meteoroloji mərkəzin saytından bildirilib ki, “Barri” artıq ştatın lap yaxınlığındadır. Əhaliyə fövqəladə vəziyyətlə bağlı xəbərdarlıq edilib. Qasırğanın həyat üçün təhlükəli ola biləcəyi və onun nəticəsində çayların öz məcrasından çıxması gözlənilir.

Bundan əlavə, qasırğanın sahilə çatmasından sonra tədricən tropik fırtına səviyyəsinə düşməsi gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Luizanada fövqəladə vəziyyət elan etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...