ABŞ Nümayəndələr Palatası Türkiyəyə F-35 satışının dayandırılmasını dəstəkləyib | Eurasia Diary - ednews.net

6 Dekabr, Cümə


ABŞ Nümayəndələr Palatası Türkiyəyə F-35 satışının dayandırılmasını dəstəkləyib

Dünya A- A A+
ABŞ Nümayəndələr Palatası Cənubi Kiprə qarşı silah embarqosunun ləğvini nəzərdə tutan qanun layihəsini qəbul edib.
 
Eurasia Diary-nin APA-ya istinadən verdiyi məlumata görə, ABŞ 1987-ci ildən Cənubi Kiprə silah satışını qadağan edib.
 
Ötən gün Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsində isə Cənubi Kiprə silah satışının bərpa edilməsi əksini tapıb. Qanun layihəsində ABŞ-ın Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının dayandırılması barədə müddəa da əksini tapıb. Eyni zamanda qanun layihəsində ABŞ-ın Türkiyəyə "Patriot" zenit-raket kompleksləri satışının təşviq olunması əksini tapıb.  
`
Qanun layihəsinin Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi alması ilə əlaqədar qəbul edildiyi ehtimal olunur.
 
Qanunun qüvvəyə minməsi üçün Senatda qəbul edilməsi və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanması lazımdır.
 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...