İranın xarici işlər naziri ABŞ-dan viza alaraq Nyu-Yorka gedib | Eurasia Diary - ednews.net

22 Oktyabr, Çərşənbə axşamı


İranın xarici işlər naziri ABŞ-dan viza alaraq Nyu-Yorka gedib

Dünya A- A A+

ABŞ hakimiyyəti İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə viza verib və nazir BMT-nin İqtisadi və Sosial Şurasının sessiyasında iştirak üçün Nyu-Yorka gedib.

Eurasia Diary xəbər verir ki, bu barədə TASS-a İranın BMT yanında Daimi Nümayəndəliyinin mətbuat katibi Əlirza Mirusefi bildirib.

"Bəli, o, vizanı alıb və artıq Nyu-Yorka gəlib", - diplomat deyib.

Bildirilirdi ki, Birləşmiş Ştatlar Zərif əleyhinə sanksiyalar tətbiq edəcək. Lakin sonra KİV qeyd edib ki, rəsmi Vaşinqton naziri müvəqqəti olaraq sanksiya siyahısına daxil etməmək barədə qərar qəbul edib.

Daha əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Oman körfəzində tankerlərlə bağlı insidenti şübhəli hal adlandırıb.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...