"Xalqın bir yerdə və bir vücudda olduğunu görməkdən çox məmnunam".
Eurasia Diary “haberler.com”a istinadən məlumat verir ki, bu fikri İran Prezidenti Həsən Ruhani Şimali Xorasan əyalətinə səfərindən sonra xalqın ABŞ-ın sanksiyaları və müharibə təhdidləri qarşısında mətin dayandığını ifadə edərkə səsləndirib.
İranın ABŞ-la imzaladığı nüvə müqaviləsini ölkə tarixində ən böyük nailiyyət kimi dəyərləndirən Ruhani Tehran rəhbərliyinin altı əsas dövlət qarşısında dayandığını və iki illik danışıqlardan sonra nüvə razılaşmasını təsdiq etdiyini söyləyib.
Ruhani ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara toxunarkən qeyd edib ki, ABŞ-ı İsrail və bir neçə kiçik dövlətlərdən savayı heç kim dəstəkləmir. O, bu məsələdə rəsmi Tehranın da səbrinin bir həddi olduğunu xüsusi olaraq vurğulayıb: “Bəzən düşmənlərimizlə doğru yol tapmaq üçün yumşaq dillə danışırıq. Nə qədər yumuşaq dillə danışsaq da bunun bir həddi var, bir gün səbir kasası daşacaq”. (apa)