Zelenskinin korteji avtobusla toqquşub - FOTO | Eurasia Diary - ednews.net

26 Avqust, Bazar ertəsi


Zelenskinin korteji avtobusla toqquşub - FOTO

Dünya A- A A+
Ukrayna prezidenti Vladimir Zelenskinin üç avtomobildən ibarət korteji Zaporoje rayonundan paytaxtda gələrkən qəza törədib.
 
Eurasia Diary-nin APA-ya istinadən verdiyi məlumata görə, kortejdə olan avtomobillərdən biri uşaqları daşıyan avtobusla toqquşub.
 
Məlumata görə, qəza prezidentə məxsus avtomobillərdən birinin ötmə əməliyyatı etmək istəyərkən baş verib. 
 
İddiaya görə, sürücünün yuxulu olması yol qəzasına səbəb olub. 
 
Hadisə zamanı avtobusda olan uşaqlardan heç birinin xəsarət almadığı bildirilib. 
 
Mənbənin sözlərinə görə, Zelenski avtomobildə olmayıb, O, paytaxta təyyarə ilə gəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...