İndoneziyada Malayziyaya istiqamətlənən konteyner gəmisi limana çırpılıb | Eurasia Diary - ednews.net

26 Avqust, Bazar ertəsi


İndoneziyada Malayziyaya istiqamətlənən konteyner gəmisi limana çırpılıb

Dünya A- A A+

İndoneziyanın “Semarang” limanında “Soul of Luck” adlı konteyner gəmisi sahil çırpılıb.

Eurasia Diary “İHA”ya istinadən xəbər verir ki, adıçəkilən gəmi Malayziyanın “Klang” Limanı istiqamətində hərəkət edirmiş. 

Hadisə gəminin idarəetməni itirməsi üzündən baş verdiyi bildirilir. 

Gəminin limana çırpılması ciddi dağıntılara səbəb olub.

Yerli dövlət rəsmiləri qəzada ölənlərin olmadığını bildirib. Xəsarət alan bir nəfər heyət üzvü  xəstəxanaya yerləşdirilib. 

Hazırda limana giriş-çıxış müvəqqəti olaraq bağlanılıb. (apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...