Aİ-də ən çox “oturum icazəsi” verən ölkə məlum oldu | Eurasia Diary - ednews.net

14 Noyabr, Cümə axşamı


Aİ-də ən çox “oturum icazəsi” verən ölkə məlum oldu

Dünya A- A A+

Son iki ildə Avropa İttifaqı ölkələri 3 milyondan çox üçüncü ölkə vətəndaşına “oturum icazəsi” verib.

Eurasia Diary xəbər verir ki, bu ölkələr arasında ən çox yaşama və çalışma icazəsi verən ölkə Polşa olub. Ötən iki ildə bu ölkə 683 min 228 nəfərə ərazisində yaşamaq icazəsi verib. Siyahıda ikinci və üçüncü yerlərdə müvafiq olaraq Almaniya və Böyük Britaniya qərarlaşıb.

Ən çox “oturum icazəsi” alanlar isə Ukrayna vətəndaşlarıdır. Təxminən 662 min ukraynalı miqrantın 88 faizi məhz Polşadan uzunmüddətli viza alıb. Sonrakı yerləri isə Suriya və Çin vətəndaşları tuturlar.(Azərtac)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...