Prezident Vladimir Zelenski Ukraynanın xarici ölkələrdəki 12 səfirinin geri çağırılması barədə qərar qəbul edib.
Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin rəsmi saytı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, 12 diplomat arasında Ukraynanın ABŞ-dakı səfiri də var. Geri çağırılan səfirlərin yerinə yeni diplomatların təyin olunması istiqamətində işlər aparılır.