AB-nin Türkiyəyə sanksiyasına Kremldən - Reaksiya | Eurasia Diary - ednews.net

26 Avqust, Bazar ertəsi


AB-nin Türkiyəyə sanksiyasına Kremldən - Reaksiya

Dünya A- A A+

Moskva Avropa Birliyinin Türkiyəyə Şərqi Aralıq dənizindəki situasiya ilə əlaqədar qəbul etdiyi sanksiya qərarına mənfi münasibət bəsləyir.

Eurasia Diary axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko deyib. Qruşko bununla belə Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətlərini Rusiyanın da dəstəkləmədiyini bildirib.

Onun sözlərinə görə, bu tip tədbirlər qarşıdurmada olan tərəflərin mövqelərinin radikallaşmasına gətirib çıxarır.

Qeyd edək ki, dünən Avropa Birliyi Şərqi Aralıq dənizindəki qazma işləri ilə bağlı Türkiyəyə sanksiya tətbiq etmək barədə qərar verib. Sanksiya planına əsasən, AB Ankaraya maliyyə yardımını məhdudlaşdıracaq, hava nəqliyyatı sazişi ilə bağlı danışıqları təxirə salacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...