Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının Şərqi Aralıq dənizi ilə bağlı ölkəsinə qarşı qəbul etdiyi qərara münasibət bildirib.
Eurasia Diary Türk mətbuatına istinadla xəbər verir ki, nazir jurnalistlərin suallarını cavablandırarkən "Bunu çox da ciddi qəbul etmək lazım deyil" deyə cavab verib:
"Bu bizə təsir edəcək bir şey deyil".
Çavuşoğlu Türkiyənin Rusiyadan aldığı S-400-lərlə bağlı Amerikanın narahatlığına da münasibət bildirib. "Biz belə məsələlərin Amerika Birləşmiş Ştatları kimi ölkələrlə problem yaratmasını istəmirik. ABŞ-ın NATO baş katibinin bəyanatı aydındır. Hər müttəfiq öz müdafiəsi üçün lazım olan sistemləri istənilən yerdən ala bilər. S-400 sistemləri F-35 də daxil olmaqla NATO sistemlərinə təhlükə yaratmır. Bu, müdafiə üçün ehtiyac olduqda istifadə ediləcək bir sistemdir. Test prosesi də başlamışdır. Bu, başa çatana qədər davam edəcək", - deyə nazir bildirib.