Nigeriyada Türkiyənin 10 dənizçisi qaçırıldı | Eurasia Diary - ednews.net

26 Avqust, Bazar ertəsi


Nigeriyada Türkiyənin 10 dənizçisi qaçırıldı

Dünya A- A A+

Nigeriya sahillərində naməlum silahlı şəxslər gəmiyə hücum edərək 10 türkiyəli dənizçini qaçırıblar.

Eurasia Diary “Anadolu”ya istinadən bildirir ki, gəmidə 18 Türkiyə vətəndaşı olub.

Türkiyə bayrağı altında üzən “Paksoy-I” gəmisinə hücum ötən gün axşam saatlarında baş verib.

Qaçırılan dənizçilərin adları hələlik məlum deyil.

NTV telekanalının məlumatına görə, dənizçilər, quldurlar tərəfindən Nigeriya ilə qonşu Qanaya aparılıblar.

Türkiyə Xarici İşlər Nazirliyinin məsələyə müdaxilə etdiyi bildirilir. İki dənizçi artıq sərbəst buraxılıb. Digər dənizçiləri azad etmək üçün tədbirlər görülür.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...