Çin Türkiyə və Kipri barışığa çağırdı | Eurasia Diary - ednews.net

26 Avqust, Bazar ertəsi


Çin Türkiyə və Kipri barışığa çağırdı

Dünya A- A A+
Çin Türkiyə və Kipri vəziyyətin gərginləşməməsi üçün Aralıq dənizində qazma işlər məsələsində təmkinliyə və dialoqa çağırıb.
 
Eurasia Diary xəbər verir ki, bu barədə brifinqdə Çin Xalq Respublikası XİN-in rəsmi nümayəndəsi Qen Şuan deyib.
 
“Biz böyük diqqətlə Aralıq dənizinin şərq hissəsində baş verənləri izləyirik. Çin Türkiyə və Kiprlə dostluq münasibətindədir. Hər iki tərəfi aradakı ziddiyəti nizamlamaq və vəziyyətin gərginləməsinin qarşısını almaq məqsədi ilə təmkinli olmağa, dialoq və məsləhətləşmələr aparmağa çağırırıq”,-deyə diplomat bildirib. 
 
Qeyd edək ki, Avropa İttifaqı Türkiyəyə Kipr sahilləri yaxınlığında geoloji kəşfiyyat apardığına görə sanskiyalar tətbiq etmək niyyətindədir. 
 
Bu məqsədlə 2020-ci ildə Türkiyəyə yardımı azaltmaq, Avropa İnvestisiya Bankını bu ölkəyə dair fəaliyyətini dəyişdirməyə çağırmaq kimi tədbirlər nəzərdə tutulur. 
 
Türkiyə tərəfi isə bildirib ki, Aİ-nin qərarına baxmayaraq, karbohidrogen hasilatına davam edəcək.(azvision.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...