Rusiya Türkiyəyə hərbi təyyarə sata bilər.
Eurasia Diary xəbər verir ki, belə bir açıqlama ilə Rusiya baş nazirinin müdafiə sənayesi üzrə müavini Yuriy Borisov çıxış edib.
Borisov Türkiyəyə yeni hava müdafiə sistemləri, yaxud döyüş təyyarələrinin satılması ilə bağlı danışıqlar aparılmasının mümkün olub-olmadığı sualına belə cavab verib:
"Niyə mümkün olmasın? Artıq əlimizdə bunun mümkün olduğuna dair bir nümunə var"
Qeyd edək ki, artıq bir neçə gündür ki, Türkiyə Rusiyadan aldığı S-400 zenit raket kompleksini ölkəsində yerləşdirməyə başlayıb.
Xatırladaq ki, ABŞ Türkiyənin Rusiyadan S-400 almasına görə davamlı olaraq Anakaranı F-35-ləri satmamaqla təhdid edirdi.
Prezident Rəcəb Tayyib Ərdoğan isə zaman-zaman ABŞ-ın təhdidləri səbəbilə rus döyüş təyyarələri ala biləcəklərini vurğulayırdı.