Gənc qız hərəkətdə olan avtobusdan düşərək öldü - Türkiyədə - VİDEO | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


Gənc qız hərəkətdə olan avtobusdan düşərək öldü - Türkiyədə - VİDEO

Dünya A- A A+

Hərəkətdə olan avtobusdan yıxılan qız anbaan kameralara düşüb.

Eurasia Diary Türkiyə mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı qızın başına bədbəxt hadisə gəlib.

Belə ki, gənc qız avtobusdan düşmək üçün qapıya tərəf yaxınlaşır. Bu zaman vtobus hərəkət halında olsa da, qapısı açıq olub.

Günay Gönülaçar adlı qız düşməyə hazırlaşarkən müvazinətini itirib və sürətlə gedən avtobusdan yola yıxılıb. Bunu görən digər şofer dərhal avtobusu saxlayıb. Sərnişinlər dərhal təcili tibbi yardım çağırıb.

Ağır yaralanan qız xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb. Avtobus şoferi isə qapıları açıq qoyduğu üçün polis tərəfindən həbs edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...