Rusiya Ermənistan üçün yeni AES tikir | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


Rusiya Ermənistan üçün yeni AES tikir

Dünya A- A A+

Ermənistan hökuməti Rusiya tərəfinin ölkədə yeni atom elektrik stansiyasının tikintisində iştirak etməsi üçün Moskva ilə danışıqlar aparır.

Eurasia Diary xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan deyib.

“Bizim energetika sistemimiz 3 dayaq üzərindədir. Bunlar atom energetikası, termal energetika və hidroenergetikadır. Ermənistan atom energetikasından imtina etməyə hazırlaşmır. Biz Metsamor AES-in qapadılmasından sonra yeni atom stansiyasının tikintisi imkanlarını indidən nəzərdən keçiririk. Biz Rusiyadakı tərəfdaşlarımızla bu perspektivi müzakirə edirik”, - deyə o bildirib.

Qeyd edək ki, Metsamor AES 1980-ci ildən fəaliyyət göstərir.(axar.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...