Türkiyənin İraqın Ərbil şəhərindəki Baş Konsulluğunun əməkdaşlarının terrorçuların hücumuna məruz qalması nəticəsində 1 diplomat şəhid olub. Qətlə yetirilən şəxsin Türkiyə konsulunun köməkçisi Hakan Karaçay olduğu bildirilir. Məlumatda bildirilir ki, ölənlərdən ikisi İraq vətəndaşıdır.
Türkiyənin Xarici İşlər Nazirliyindən bildiriblər ki, terror aktı Baş Konsulluğun binasından kənarda baş verib. Bildirilir ki, hadisə ilə bağlı İraq tərəfi ilə danışıqlar aparılır.
Yerli KİV-lərin məlumatına görə, silahlı hücumda iki terrorçu iştirak edib. İraq tərəfi cinayətkarların tutulması üçün tədbirlər görüldüyünü bildirir.
***
16.29
İraqın şimalındakı Kürd Muxtariyyətinin mərkəzi Ərbil şəhərində bir restorana silahlı basqın nəticəsində ən azı 3 Türk diplomatı ölüb.
Eurasia Diary "Reuters"ə istinadla xəbər verir ki, ölənlər Türkiyənin Ərbildəki Baş Konsulluğunun əməkdaşlarıdır.