Ukrayna prezidenti övladlarına atalarının vəzifəsi ilə öyünməyi qadağan etdi | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


Ukrayna prezidenti övladlarına atalarının vəzifəsi ilə öyünməyi qadağan etdi

Dünya A- A A+
Ukrayna prezidenti Vladimir Zelenski oğluna onun vəzifəsi ilə öyünməyə icazə vermədiyini bildirib.
 
Dövlət başçısının oğlu buna görə atasını "Harri Potter" haqqında kitabların qəhrəmanı Volan-de-Mortla müqayisə etdiyini bildirib.
 
"Oğlum çox şaddır, o, deyir ki prezidentin oğludur. Biz ona başa saldıq ki, belə danışmaq olmaz. Buna görə o deyir - mən bilirsiniz kimin oğluyam", - deyə prezident özünün "YouTube"dakı kanalında bildirib.
 
Prezidentin qızına gəlincə, Zelenskinin sözlərinə görə, digər övladı artıq onun vəzifəsinə tam alışıb. Hərçənd o, atasına görə "əvvəlcə çox həyəcanlanırdı".
 
Ukrayna prezidenti Vladimir Zelenskinin may ayındakı ilk maaşının məbləği 12.797 qrivna (Ukrayna pul vahidi), yəni 485 ABŞ dollarına yaxın olub.(Report)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...