“F-35 proqramından çıxarılmamız NATO-nun gücünə mənfi təsir göstərəcək” - Hulusi Akar | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


“F-35 proqramından çıxarılmamız NATO-nun gücünə mənfi təsir göstərəcək” - Hulusi Akar

Dünya A- A A+

"Türkiyənin F-35 proqramından çıxarılması NATO-nun gücünə, xüsusilə də cənub qanadına mənfi təsir göstərəcək”.

Eurasia Diary xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar S-400 zenit raket kompleksinin (ZRK) idxalından sonra ABŞ-ın hərbi təyyarələri olan F-35 proqramından Türkiyənin kənarlaşdırılacağına münasibət bildirərkən deyib.

Hulusi Akar bildirib ki, Türkiyənin qeyri-bərabər və ədalətsiz olan bir qərarla layihə və işgüzar əlaqələrdən kənarlaşdırılmasının qanunsuz səbəblərə söykənməsi açıq-aşkar görünür.

"Odur ki, əlaqələrimizə zərər verə biləcək addımlardan daşınmağı ABŞ-dan gözləmək strateji ortaq olaraq təbii haqqımızdır”, - deyə nazir bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...