Türkiyəli diplomatlara hücum edən terrorçulardan birinin kimliyi məlum olub | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Türkiyəli diplomatlara hücum edən terrorçulardan birinin kimliyi məlum olub

Dünya A- A A+

İraq təhlükəsizlik qüvvələri Ərbil şəhərində Türkiyəli diplomatlara hücumda şübhəli bilinən 3 nəfərdən birinin kimliyini açıqlayıb.

Eurasia Diary APA-ya istinadən məlumatına görə, Ərbil Polis İdarəsi hücum edənlərdən birinin fotosunu yayaraq, onun 27 yaşında Diyarbəkirdə doğulan Məzlum Dağ adlı şəxs olduğunu bildirib.

Rəsmən bildirilməsə də, həmin şəxsin PKK terror təşkilatının üzvü olduğu ehtimal edilir. Digər iki şəxsin kimliyi və bu terroun arxasında hansı qüvvələrin dayandığı araşdırılır.

Qeyd edək ki, dünən İraqın Ərbil şəhərindəki restoranların birində Türkiyə Baş konsulluğunun əməkdaşlarına silahlı hücum olub. Baş konsulluğun əməkdaşı Osman Köse və digər iki İraq vətəndaşı vəfat edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...