Moskva-İrəvan reysinin sərnişinləri təxliyyə olunub, 8 nəfər xəsarət alıb | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Moskva-İrəvan reysinin sərnişinləri təxliyyə olunub, 8 nəfər xəsarət alıb

Dünya A- A A+

Moskvanın Şeremetyevo hava limanından İrəvana getməli olan sərnişin təyyarəsi pilot kabinəsində tüstülənmə barədə siqnal səbəbindən uçuşu dayandırıb.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə İdarəsi məlumat yayıb.

Təyyarənin göyərtəsində 187 nəfər olub. Onlar hava trapı vasitəsi ilə təxliyyə olunublar. Təxliyyə zamanı yaranan basırıq səbəbindən 8 nəfər xəsarət alıb. Onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Məlumata görə, tüstülənmə xəbəri öz təsdiqini tapmayıb, kabinədə yanğın aşkar olunmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...