İran dronu niyə vurulub? - Pentaqon səbəbini açıqladı | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


İran dronu niyə vurulub? - Pentaqon səbəbini açıqladı

Dünya A- A A+

ABŞ gəmisi Hörmüz boğazının beynəlxalq sularında İranın pilotsuz uçan aparatını (PUA) özünümüdafiə məqsədi ilə vurub.

Bu barədə Pentaqon rəsmisi Conatan Hoffman bildirib.

Onun sözlərinə görə, PUA “USS Boxer” desant gəmisinə təhlükə yaradacaq məsafəyə yaxınlaşıb. Bundan sonra hərbçilər gəmi və ekipajın təhlükəsizliyini təmin etməyə qərar veriblər.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana məxsus PUA-nın ABŞ gəmisinin 900 metrliyində vurulduğunu açıqlayıb. Ağ evin rəhbəri dronun hərbçilər üçün təhdid olduğunu vurğulayıb.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...